Bizi izləyin...
  • Telefon

  • *0777

line
line
  • Bakı,Azərbaycan

  • Əhməd Cəmil 68

FAQ - SİZİ DÜŞÜNDÜRƏN SUALLARA CAVAB OLARAQ

‘Arco Construction’ olaraq, müştərilərimizi diqqət mərkəzində saxlayaraq gerçəkləşdirdiyimiz dizayn, təmir və tikinti fəaliyyətində müştərilərimizin seçimlərini, gözləntilərini, təklif və məmnunniyyətlərini asanlıqla çatdıra biləcəkləri bir iş gedişatı yeridərək, müştərilərimizi diqqətlə dinləyirik.
Təmir üslubları modern,klassik art dekor ve s.kimi üslublardan istifadə edə bilərsiniz.
NeoKlassika üslubu necə olur ? Nələri ilə fərqlənir ?
Avanqard interyerdə bədii – memarlıq üslubudur. XX əsrin əvvəllərində cəmiyyətdə inqilabi əhval – ruhiyyənin təsiri ilə meydana gəlmiş, adətən gənclərin üstünlük verdiyi üslublardandır. Avanqard üslub Klassisizm üslubunun qətiyyətlə əks üslubu hesab edilir. Avanqard üslubda icra edilən interyer, qeyri – adi düşüncələri və orijinal zövqləri olan yaradıcı insanların, həmçinin heç bir asılılığı olmayan – sərbəstliyi sevən insanların könlünü oxşayacaqdır. Avanqard üslubun ən əsas amili rəng seçimidir. Burada uyğunsuz rənglərin qarışığından istifadə olunur. İlk öncə parlaqlıq və vulqarlıq arasında zərif toxunuş hiss olunmalıdır.
Klassik dizayn XVII əsr və XVIII-XIX əsrin Avropa üslubudur. Sarayların antik atributlarla ərsəyə gəlməsi üçün nəzərdə tutulmuşdur. Klassisizm – latıncadan tərcümədə classicus – nümunəvi, norma, nizamlı deməkdir. Üslub sakit, mühafizəkar və yüksək sosial statuslu insanların üslubudur. Hissələrdə nəcib tonlardan istifadə olunur, tərkibi balanslanır və dekora yüklənilmir. Klassisizm üslubunun interyerində funksional zonalarda boşluqları görmək mümkündür. Mühiti əhatə edən ciddi simmetriya daha çox göz önünə buraxılır.
Modern üslub müasir funksionallığa, sadəliyə gedən yolda ilk addım oldu. Üslub texniki irəliləmənin təcəssümü idi. Rəssamlar tərəfindən hamar, elastik, əyilmiş xətlərdən istifadə olunurdu. İlk dəfə öz dizayner konsepsiyalarında bu üslubun elementlərindən istifadə edən Belçikalı memar Viktor Orta idi. Onun arxitektura işlərində xüsusi halda metal, şüşə, həmçinin qeyri-standart formalar və xətlər tətbiq olunurdu. Bu üslubun yüksəlişi təxminən 1898-ci ildə başlandı, amma 1914-cü ildə Birinci dünya müharibəsinin başlanğıcıyla bitdi.

ƏLAQƏ ÜÇÜN

Bakı,Azərbaycan Əhməd Cəmil 68

+994 50 204 40 90 +994 55 204 40 90

* 0777